Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi Buenos-Ayres Universitetinin (UBA) fəxri doktoru adına layiq görülüb.
Arena.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası (AFA) sosial şəbəkələrdə məlumat yayıb.
“Əfsanə, səni təbrik edirik!” – deyə milli komandanın paylaşımında bildirilib.
Qeyd edək ki, “Doctor Honoris Causa” fəxri dərəcəsi elm və təhsil müəssisələri tərəfindən mədəniyyətə, cəmiyyətə və bəşəriyyətə xüsusi xidmətləri olan şəxslərə təqdim olunur. 39 yaşlı Messiyə bu fəxri ad dissertasiya müdafiə etmədən və standart akademik prosedurlardan keçmədən verilib.
Lionel Messi hazırda ABŞ-ın MLS liqasında “İnter Mayami”nin formasını geyinir.
Qeyd edək ki, Messi oktyabrın 7-nə keçən gecə Argentina millisinin heyətində sonuncu oyununa çıxıbq. Əfsanəvi futbolçunun rəhbərlik etdiyi “Albiseleste” Beninlə qarşılaşıb.


