Əvəzedicilər Liqası: 6-cı turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

6-cı turun görüşləri üç günü əhatə edəcək. Oktyabrın 17-də iki, 18-də bir, 19-da isə üç qarşılaşma baş tutacaq.

Əvəzedicilər Liqası
6-cı tur

17 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2”
Tovuz şəhər stadionu, 13:00.

“Şamaxı-2” – “Araz-Naxçıvan-2”
Şamaxı şəhər stadionu, 13:00.

18 oktyabr

“Qəbələ-2” – “Neftçi-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

19 oktyabr

“Qarabağ-2” – “Şəfa-2”
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz-2” – “Sumqayıt-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “İmişli-2”
“Masazır Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: