A Seriyası: “İnter” və “Napoli”dən 3 cavabsız qol

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Cenoa” – “Fiorentina” matçında meydan sahibləri qalib gəliblər. “İnter” evdə “Parma”nı, “Napoli” isə “Frozinone”ni 3 cavabsız qolla məğlub edib.

6-cı turun qalan görüşləri oktyabrın 11-də və 12-də keçiriləcək.

İtaliya, A Seriyası
6-cı tur

10 oktyabr

Cenoa – Fiorentina 2:1
İnter – Parma 3:0
Napoli – Frozinone 3:0

11 oktyabr

14:30. Komo – Roma
17:00. Latsio – Montsa
17:00. Leççe – Bolonya
20:00. Sassuolo – Milan
22:45. Kalyari – Yuventus

12 oktyabr

20:30. Atalanta – Venetsiya
22:45. Torino – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: