A Seriyası: “Roma”, “Yuve” və “Milan” səfərdə xal itirdilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Komo” – “Roma” matçında qapılara qol vurulmayıb. Bu, cari mövsümdə İtaliya çempionatında qeydə alınmış ilk qolsuz qarşılaşma kimi tarixə düşüb.

“Sassuolo” – “Milan” və “Kalyari” – “Yuventus” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Latsio” evdə “Montsa”ya qalib gəlibsə, “Leççe” “Bolonya”ya uduzub.

6-cı turun qalan görüşləri oktyabrın 12-də keçiriləcək.

İtaliya, A Seriyası
6-cı tur

10 oktyabr

Cenoa – Fiorentina 2:1
İnter – Parma 3:0
Napoli – Frozinone 3:0

11 oktyabr

Komo – Roma 0:0
Latsio – Montsa 3:1
Leççe – Bolonya 1:2
Sassuolo – Milan 1:1
Kalyari – Yuventus 1:1

12 oktyabr

20:30. Atalanta – Venetsiya
22:45. Torino – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: