“Kəpəz” üçün 300-cü qələbə

Premyer Liqada mübarizə aparan “Kəpəz” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.

Yubiley Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turuna təsadüf edib. Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gəlmiş “Kəpəz” neytral meydançalarda 4 dəfə sevinib. İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.

Hazırda Azər Məmmədovun rəhbərlik etdiyi qərb təmsilçisi Premyer Liqanın cari mövsümündə 6 oyun keçirib, 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. 10 xala malik komanda 6-cı sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: