Babək Quliyev “Sabah” – “Slaviya” matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA Gənclər Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununda hakim-inspektor olacaq.

Babək Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək. Bu görüşün baş hakimi Marius Hansen Qrotta olacaq. Ona yan xətt hakimləri Aleksander Jaqer və Henrik Pettersen Sunde kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Əli Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Gənclər Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də “Əlincə Arena”da təşkil ediləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: