Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Atalanta” – “Venetsiya” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Torino” isə “Udineze” ilə ev oyunundan qələbə ilə ayrılıb.
Beləliklə, 6 turdan sonra “İnter” və “Latsio”nun 16, “Roma”nın 14, “Kalyari”nin 13, “Milan”ın 12, “Yuventus” və “Komo”nun 11, “Napoli” və “Frozinone”nin 10 xalı var.
İtaliya, A Seriyası
6-cı tur
10 oktyabr
Cenoa – Fiorentina 2:1
İnter – Parma 3:0
Napoli – Frozinone 3:0
11 oktyabr
Komo – Roma 0:0
Latsio – Montsa 3:1
Leççe – Bolonya 1:2
Sassuolo – Milan 1:1
Kalyari – Yuventus 1:1
12 oktyabr
Atalanta – Venetsiya 3:1
Torino – Udineze 2:1


