Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Ərzurumspor” doğma meydanda “Eyüpspor”u, “Amedspor” isə “Konyaspor”u məğlub edib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşmış “Qalatasaray” rəqibini tək qolla üstələyib. “Fənərbağça” isə “Alanyaspor”la ev oyununda darmadağına sevinib.
Qeyd edək ki, Türkiyə çempionatında 8-ci turun qalan oyunları oktyabrın 18-də və 19-da keçiriləcək.
Türkiyə, Super Liqa
8-ci tur
16 oktyabr
Çorum – Rizəspor 2:1
17 oktyabr
Ərzurumspor – Eyüpspor 2:0
Amedspor – Konyaspor 1:0
Gənclərbirliyi – Qalatasaray 0:1
Fənərbağça – Alanyaspor 3:0
18 oktyabr
14:30. Kasımpaşa – Samsunspor
17:00. Kocaelispor – Göztəpə
20:00. Başakşəhər – Qaziantep
19 oktyabr
21:00. Trabzonspor – Beşiktaş


