La Liqa: “Barselona” “Betis”i də 5 qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Elçe” və “Valensiya” – “Atletik” matçlarında qapılara qol vurulmayıb. Səfərdə “Espanyol”la qarşılaşan “Atletiko” 3 xalı tək qolla qazanıb. “Betis”in qonağı olmuş “Barselona” isə növbəti darmadağına imza atıb.

Qeyd edək ki, İspaniya çempionatında 9-cu turun qalan oyunları oktyabrın 18-də və 19-da keçiriləcək.

İspaniya, La Liqa
9-cu tur

16 oktyabr

Deportivo – Levante 1:1

17 oktyabr

Espanyol – Atletiko 0:1
Vilyarreal – Elçe 0:0
Betis – Barselona 2:5
Valensiya – Atletik 0:0

18 oktyabr

16:00. Osasuna – Rasinq
18:15. Selta – Alaves
20:30. Malaqa – Real Sosyedad
23:00. Real – Sevilya

19 oktyabr

23:00. Xetafe – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: