Fransanın PSJ klubunda çıxış edən gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya çarpaz bağının qırılması səbəbindən əməliyyat olunacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
25 yaşlı cinah hücumçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda sağ dizinin ön çarpaz bağını zədələyib.
Əməliyyatın dəqiq tarixi açıqlanmayıb. Cərrahi müdaxilənin həftənin əvvəlində Dohada həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2025-ci ilin qışında PSJ-yə keçib. O, Paris təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının, Fransa çempionatının və UEFA Super Kubokunun hər birini iki dəfə, Fransa Kubokunu, Fransa Super Kubokunu və Qitələrarası Kuboku isə bir dəfə qazanıb.
Gürcüstanlı futbolçu daha əvvəl Moskva “Lokomotiv”i, Kazan “Rubin”i, İtaliyanın “Napoli” klubu, Tiflis və Batumi “Dinamo”ları, eləcə də “Rustavi”də çıxış edib. O, “Lokomotiv”lə Rusiya Kubokunu, “Napoli” ilə isə iki dəfə İtaliya çempionluğunu qazanıb.


