Super Liqa: “Qalatasaray” Konyada 4 qola sevindi

Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Konyaspor” doğma meydanda son çempion və lider “Qalatasaray”la üz-üzə gəlib. İstanbul nəhəngi səfərdə 4 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, 10-cu turun qalan görüşləri oktyabrın 31-də, noyabrın 1-də və 2-də keçiriləcək.

Türkiyə, Super Liqa
10-cu tur

30 oktyabr

Konyaspor – Qalatasaray 0:4

31 oktyabr

14:30. Ərzurumspor – Çorum
17:00. Kocaelispor – Rizəspor
20:00. Fənərbağça – Göztəpə

1 noyabr

14:30. Amedspor – Eyüpspor
17:00. Başakşəhər – Samsunspor
17:00. Trabzonspor – Qaziantep
20:00. Kasımpaşa – Beşiktaş

2 noyabr

21:00. Gənclərbirliyi – Alanyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: