Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Vilyarreal” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar səfərdən 3 xalla qayıdıblar.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri oktyabrın 31-də, noyabrın 1-də və 2-də keçiriləcək.
İspaniya, La Liqa
11-ci tur
30 oktyabr
Vilyarreal – Espanyol 0:1
31 oktyabr
17:00. Levante – Atletiko
19:15. Rayo Valyekano – Selta
21:30. Betis – Malaqa
00:00. Barselona – Alaves
1 noyabr
17:00. Xetafe – Sevilya
19:15. Rasinq – Real
21:30. Elçe – Valensiya
00:00. Atletik – Real Sosyedad
2 noyabr
00:00. Deportivo – Osasuna


