Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Nitsa” – “Renn” matçında meydan sahibləri qalib gəliblər. Altı qolluq “Havr” – PSJ görüşündə isə son çempion darmadağına sevinib. “Lill” – “Lans” görüşündə də meydan sahibləri tək qolla üstün olublar.
Qeyd edək ki, 9-cu turun qalan görüşləri oktyabrın 31-də, noyabrın 1-də və 2-də keçiriləcək.
Fransa, Liqa 1
9-cu tur
30 oktyabr
Havr – PSJ 1:5
Nitsa – Renn 5:2
Lill – Lans 1:0
31 oktyabr
23:45. Trua – Le Man
1 noyabr
18:00. Strasburq – Oser
20:15. Olimpik (Lion) – Anje
20:15. Paris – Monako
23:45. Olimpik (Marsel) – Tuluza
2 noyabr
23:45. Loryan – Brest


