“Neftçi” və “Zirə”nin legionerlərinə milli dəvət

Premyer Liqada mübarizə aparan “Neftçi” və “Zirə” klublarının legioner futbolçularına ölkələrinin milli komandalarından dəvət gəlib.

Arena.az bu barədə paytaxt klublarının mətbuat xidmətinə istinadən xəbər verir.

“Neftçi”də çıxış edən Denzel Jubitana Surinam, Endryu Qravilyon Qvadelupa, Sessi D’Almeyda isə Benin milli komandasına dəvət alıblar.

Paytaxt klubunun daha 4 üzvü – Emin Mahmudov, Emil Balayev, Elvin Bədəlov və Rüfət Abbasov isə Azərbaycan millisinə dəvət olunublar.

Qeyd edək ki, milli komandamız UEFA Millətlər Liqasında noyabrın 13-də Bakı vaxtı ilə saat 23:45-də Lixtenşteynlə üz-üzə gələcək. Komandamız noyabrın 16-da da Bakı vaxtı ilə saat 22:00-da Andorra yığması ilə səfərdə yoxlama oyununda qarşılaşacaq.

“Zirə”nin futbolçularından isə Ange Mutsinzi Ruanda, Quima Mozambik millisinə dəvət alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: