“Sabah” – “Şamaxı” 2:2 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun bu gün keçirilmiş “Sabah” – “Şamaxı” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
11-ci tur

8 noyabr

“Sabah” – “Şamaxı” 2:2
Qollar: Karlos Eduardo, 17. Coy Lens Mikels, 49 – Oruc Məmmədov, 27. Rəhman Daşdamirov, 62-öz qapısına.
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Castinas Qasiunas (“Sabah”), 50 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:30. “Sabah Arena”, 937 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev (8. Kristian Nvaçukvu, 83), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 37. Du Keyros (6. Abdulla Xaybullayev, 66), 33. Junior Almeyda, 88. Rodriqo Fernandes (13. İvan Lepiniça, 46), 34. Ksander Severina (11. Kahim Parris, 66), 18. Karlos Eduardo (99. Patrik Mbina, 73).
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 1. Amin Ramazanov, 17. Tellur Mütəllimov, 16. Rauf Rüstəmli, 9. Xəyal Əliyev, 4. Eyden Makkarti, 23. Yunes Laşaab.
Baş məşqçi: Valdas Dambrauskas.

Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov (77. Okan Təhməzli, 85), 10. Edqar Adilxanov (14. Uğur Cahangirov, 63), 25. Filipe Markes (7. Emil Süleymanov, 85), 13. Rikardo Apolinario, 9. Tornike Axvlediani (19. Abdullahi Şuaybu, 46), 11. Ayman Buali (80. Həbib İsmayılov, 67), 3. Jota, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 2. Fariz Xeyrullayev, 88. Hacıəli Şirəliyev, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: