Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
8 qolun qeydə alındığı “Mançester Yunayted” – “Aston Villa” matçında qalib müəyyənləşməyib.
“Kristal Pelas” evdə “Liverpul”a, “İpsviç Taun” isə “Bornmut”a məğlub olub. “Brayton” “Brentford”u, “Sanderlend” “Çelsi”ni xalsız yola salıb.
Beləliklə, geridə qalmış 10 turdan sonra 27 xala malik “Arsenal” vahid liderdir. “Brayton” 22 xalla 2-ci, “Mançester Siti” 21 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” 18, “çelsi” və “Everton” 16 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
10-cu tur
6 noyabr
Everton – Koventri Siti 3:1
7 noyabr
Lids – Tottenhem 1:0
Arsenal – Hall Siti 1:0
Fulhem – Nyukasl 1:1
Nottingem Forest – Mançester Siti 3:1
8 noyabr
Brayton – Brentford 2:0
Kristal Pelas – Liverpul 1:3
İpsviç Taun – Bornmut 1:2
Sanderlend – Çelsi 1:0
Mançester Yunayted – Aston Villa 4:4


