Super Liqa: “Beşiktaş” 3, “Fənərbağça” 5 cavabsız qolla qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Rizəspor” – “Ərzurumspor” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Fənərbağça” səfərdə “Çorum”u, “Trabzonspor” “Alanyaspor”u quru hesabla yenib. “Beşiktaş” da “Gənclərbirliyi” ilə ev oyununda darmadağına imza atıb.

Beləliklə, geridə qalmış 11 turdan sonra 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 25 xalla ikinci, “Amedspor” 23 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 22, “Kasımpaşa”nın 20, “Fənərbağça”nın 19 xalı var.

Türkiyə, Super Liqa
11-ci tur

6 noyabr

Qaziantep – Kasımpaşa 0:2

7 noyabr

Eyüpspor – Kocaelispor 0:2
Samsunspor – Konyaspor 1:0
Qalatasaray – Amedspor 4:3
Göztəpə – Başakşəhər 1:2

8 noyabr

Rizəspor – Ərzurumspor 2:1
Çorum – Fənərbağça 0:5
Alanyaspor – Trabzonspor 0:2
Beşiktaş – Gənclərbirliyi 3:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: