İkinci Liqa: “Hypers” və “Şirvan”dan heç-heçə

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Hypers” və “Şirvan” komandaları üz-üzə gəliblər. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

13-cü turun qalan görüşləri noyabrın 29-da və 30-da keçiriləcək.

İkinci Liqa
13-cü tur

28 noyabr

“Hypers” – “Şirvan” 1:1
Qollar: Taleh Hüseynzadə, 45 – Elnur Mirzəyev, 90.
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Sadiq Əliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bərdə şəhər stadionu, 14:30.

29 noyabr

“Kür-Araz” – “Şəmkir”
Hakimlər: Mehdi Yusifov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Rasim Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Marafon” – “Zəngəzur”
Hakimlər: Sənan Bayramzadə, Cavid Ömərov, Rizvan Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Marafon Arena”, 14:30.

30 noyabr

“Dinamo” – “Ağstafa Gəncləri”
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Difai”
Hakimlər: Vaqif Vəliyev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Ağdaş şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: