Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə, “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda təşkil edilmiş qərb derbisinin baş hakimi İnqilab Məmmədov olub. Üç qolun qeydə alındığı matçın yekununda meydan sahibləri çətin qələbəyə seviniblər.
Premyer Liqa
13-cü tur
28 noyabr
“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Hayderson Hurtado, 72. Joarlem Santos, 90+1 – Şakir Seyidov, 84-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 16:30.
Turan Tovuz: 1. Oleq Baklov, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 21. Stiv Besnar, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 19. Roberto Olabe, 25. Denis Marandiç, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 99. Sadiq Şəfiyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namiq Ələsgərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 21. Azuma Abubakar, 33. Benito.
Baş məşqçi: Azər Məmmədov.


