Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
“Samsunspor” doğma meydanda “Gənclərbirliyi” üzərində inamlı qələbəyə sevinib. “Qaziantep” isə evdə debütant “Amedspor”a məğlub olub.
Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 29-da və 30-da keçiriləcək.
Türkiyə, Super Liqa
13-cü tur
27 noyabr
Alanyaspor – Konyaspor 1:2
Rizəspor – Kasımpaşa 3:2
28 noyabr
Samsunspor – Gənclərbirliyi 3:1
Qaziantep – Amedspor 1:2
29 noyabr
14:30. Çorum – Kocaelispor
20:00. Fənərbağça – Ərzurumspor
30 noyabr
20:00. Göztəpə – Trabzonspor
22:00. Beşiktaş – Qalatasaray


