Premyer Liqa: MY “Brentford”da da 4 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “İpsviç Taun” – “Aston Villa” matçında qalib müəyyənləşməyib. “Lids” doğma meydanda “Koventri Siti”ni 3 cavabsız qolla məğlub edib. Uğursuz mövsüm keçirən “Mançester Yunayted” isə evdə “Brentford”a 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 12-ci turun qalan görüşləri noyabrın 29-da və 30-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
12-ci tur

27 noyabr

Nottingem Forest – Çelsi 3:2

28 noyabr

Lids – Koventri Siti 3:0
Mançester Yunayted – Brentford 0:4
İpsviç Taun – Aston Villa 2:2

29 noyabr

16:00. Everton – Liverpul
18:05. Brayton – Nyukasl
18:05. Kristal Pelas – Hall Siti
18:05. Fulhem – Bornmut
18:05. Sanderlend – Tottenhem
20:30. Arsenal – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: