Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının “Nyireqhaza” ilə matçını buraxıb.
Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 15-ci turu çərçivəsində bu gün “Nyireqhaza”nı qəbul edib.
Futbolçumuzun komandası bu rəqibi ilə ev oyunundan qələbə ilə ayrılıb – 3:2. Nuriyev bu maçın iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.
Bu nəticədən sonra “Kişvarda” 16 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 15 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.
Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.
2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.


