A Seriyası: “Latsio” və “İnter”dən darmadağın

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Frozinone” doğma meydanda “Parma”ya 3 cavabsız qolla qalib gəlibsə, son çempion “İnter” “Cenoa”nı 4 cavabsız qolla yenib. Üç qolun qeydə alındığı “Torino” – “Latsio” görüşündə isə qonaqlar qalib gəliblər.

Qeyd edək ki, 13-cü turun qalan görüşləri noyabrın 29-da və 30-da keçiriləcək.

İtaliya, A Seriyası
13-cü tur

27 noyabr

Venesiya – Bolonya 0:0

28 noyabr

Frozinone – Parma 3:0
Torino – Latsio 1:2
İnter – Cenoa 4:0

29 noyabr

15:30. Udineze – Fiorentina
18:00. Sassuolo – Napoli
21:00. Roma – Montsa
23:45. Komo – Yuventus

30 noyabr

21:30. Leççe – Atalanta
23:45. Kalyari – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: