Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Anje” doğma meydanda “Lans”a, “Havr” isə “Strasburq”a məğlub olub.
“Le Man” “Lill”i, “Nitsa” da “Trua”nı xalsız yola salıb.
Lider və son çempion PSJ isə bu turda “Loryan”ı sınağa çəkib. Paris təmsilçisi növbəti qələbəsini 2 cavabsız qolla qazanıb.
Qeyd edək ki, 12-ci turun qalan görüşləri noyabrın 29-da keçiriləcək.
Fransa, Liqa 1
12-ci tur
27 noyabr
Brest – Paris 1:0
28 noyabr
Anje – Lans 2:5
Havr – Strasburq 1:3
Le Man – Lill 2:1
Nitsa – Trua 4:1
PSJ – Loryan 2:0
29 noyabr
18:00. Oser – Olimpik (Marsel)
20:15. Tuluza – Renn
23:45. Olimpik (Lion) – Monako


