İkinci Liqa: Liderdən “Şəki”yə 18 cavabsız qol!

Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kür-Araz” – “Şəmkir” matçında qalib müəyyənləşməyib. “Marafon” “Zəngəzur”la ev oyununda minimal hesabla məğlub olub. Lider “Qaradağ Lökbatan” isə “Şəki” ilə ev oyununda 18 cavabsız qolla (!) qalib gəlib. Bu oyunda Əli Əlizadənin 12 qolla yadda qalması da xüsusi diqqət çəkib.

13-cü turun qalan görüşləri noyabrın 30-da keçiriləcək.

İkinci Liqa
13-cü tur

28 noyabr

“Hypers” – “Şirvan” 1:1
Qollar: Taleh Hüseynzadə, 45 – Elnur Mirzəyev, 90.
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Sadiq Əliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bərdə şəhər stadionu, 14:30.

29 noyabr

“Kür-Araz” – “Şəmkir” 2:2
Qollar: Tahir Zeynalov, 2; 29 – Elşən Abdullayev, 25; 57-pen.
Hakimlər: Mehdi Yusifov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Rasim Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Şəki” 18:0
Qollar: Əli Əlizadə, 9; 15; 18; 29; 43; 58; 61; 64; 65; 71; 80; 84. Əjdər Hacılı, 23; 55. Vüsal Alızadə, 26. Hüseyn Hüseynli, 31. İbrahim Novruzov, 50; 74.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Marafon” – “Zəngəzur” 0:1
Qol: Elgün Abbaslı, 78-pen.
Hakimlər: Sənan Bayramzadə, Cavid Ömərov, Rizvan Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Marafon Arena”, 14:30.

30 noyabr

“Dinamo” – “Ağstafa Gəncləri”
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Difai”
Hakimlər: Vaqif Vəliyev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Ağdaş şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: