Premyer Liqa: “Qarabağ” uğursuzluğa “Sumqayıt”la matçda son qoydu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun qapanış matçında bir neçə turdur qələbəyə həsrət olan “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib.

“Azərsun Arena”da baş tutmuş oyunu Kamranbəy Rəhimov idarə edib. Altı qolun qeydə alındığı oyunda Ağdam klubu inamlı qələbə qazanmaqla uğursuz gedişata son qoyub.

Premyer Liqa
13-cü tur
29 noyabr

“Qarabağ” – “Sumqayıt” 4:2
Qollar: Aleksey Kaşuk, 42. Renaldo Sefas, 45+2. Taofik İsmail, 77. Musa Qurbanlı, 86 – İsa Suliman, 8. Emil Mustafayev, 55.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Azersun Arena”, 17:00.

Qarabağ: 23. Martin Zlomisliç, 13. Bəhlul Mustafazadə (k), 20. Kadi Borges, 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 19. Taofik İsmail, 88. Samuel Lobato, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Teymur Həsənov, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 49. Əli Bəşirov, 8. Marko Yankoviç, 2. Mateus Silva, 10. Xoni Montiel, 7. Jali Muaddib, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 16. Marko Yohanson, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 17. Nihad Əhmədzadə, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 21. Tyaqo Almeyda, 27. İmani Barker, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 19. Roi Kehat.
Baş məşqçi: Filipe Kandido.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: