Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, yenə ən fərqli qələbəni çempionluğa iddialı “Neftçi” aktivinə yazdırıb.
“Ağ-qaralar” “Şuşa”nı 11 top fərqi ilə üstələyiblər.
Son çempion “Araz-Naxçıvan” da böyükhesablı qələbə ilə meydanı tərk edib. “Qırmızı-ağlar” debütant “Rəvan”ın qapısından 8 cavabsız top keçiriblər.
“Baku Fire” isə mövsümə qələbə ilə başlayan digər debütant – “Xankəndi”ni 7 cavabsız topla məğlub edib. “Yasamal Bakı” və “Marafon” isə mövsümdə ilk qələbəsinə seviniblər. İkinci turda ümumilikdə 42 qol vurulub.
Yüksək Liqa
2-ci tur
28 noyabr
Xankəndi – Baku Fire 0:7
Marafon – İmişli 4:2
Atidel – Yasamal Bakı 2:4
Şuşa – Neftçi 2:13
Araz-Naxçıvan – Rəvan 8:0


