“Sumqayıt” Xəzər Mahmudovla müqavilə bağladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini həll edib. Arena.az xəbər verir ki, sözügedən klub son mövsümü “Kəpəz”də keçirmiş Xəzər Mahmudovla güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında “19” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sumqayıt” bundan öncə Yusif Nəbiyevi transfer etdiyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: