UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Əvvəlcə Estoniya “Flora”sı Malta “Hibernians”ını, Macarıstan “Ferentsvaroş”u Kosovo “Priştina”sını, Finlandiya HİK-i isə Monteneqro “Buduçnost”unu qəbul edib. Bu oyunlar meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Digər oyunlarda Şimali İrlandiyanın “Linfild” klubu Litva “Jalgiris”inin, Bosniya və Herseqovinanın “Borats” komandası isə Rumıniya ÇFR-inin qonağı olub. Bu oyunlarda da qələbəni meydan sahibləri bayram ediblər.

Günün son görüşlərində isə “Fola Eş” (Lüksemburq) “Linkoln”la (Cəbəllütariq), “Şkendiya” (Şimali Makedoniya) da “Mura” (Sloveniya) ilə qarşılaşıb. Lüksemburqda heç-heçə qeydə alınıbsa, Şimali Makedoniya çempionu doğma meydanda məğlubiyyətə üzülüb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” ilk oyununa sabah çıxacaq. “Ağ-qaralar” Gürcüstan səfərində Tiflis “Dinamo”su ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da ilk matçını sabah keçirəcək. Polşa təmsilçisi səfərdə Norveçin “Bude-Qlimt” komandasının qonağı olacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
6 iyul

Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo) 3:0

Flora (Estoniya) – Hamrun Spartans (Malta) 2:0

HİK (Finlandiya) – Buduçnost (Monteneqro) 3:1

ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina) 3:1

Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya) 3:1

Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq) 2:2

Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya) 0:1

7 iyul

20:00. Dinamo (Tiflis, Gürcüstan) – Neftçi (Azərbaycan)
20:00. Bude-Qlimt (Norveç) – Legiya (Polşa)
20:30. Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya)
21:00. Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya)
21:00. Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Belarus)
21:00. Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan)
21:00. Malmö (İsveç) – Riqa (Latviya)
21:00. Teuta (Albaniya) – Şerif (Moldova)
22:00. Konnah (Uels) – Alaşkert (Ermənistan)

Xəbəri sosial şəbəkələrdə paylaş: