Anatoli Nuriyev debüt matçında qol vurdu – VİDEO

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Ukraynanın “Kolos” komandasında debüt edib. Arena.az xəbər verir ki, o, komandasının “Aleksandriya” ilə yoxlama görüşünün iştirakçısı olub.

O, fasilədən sonra meydana çıxıb. Qarşılaşma “Kolos”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandasının ikinci qolunu da 47-ci dəqiqədə məhz Anatoli Nuriyev vurub. O, rəqib qapısına təyin olunmuş penaltidən dəqiq yararlanıb.

Qeyd edək ki, Nuriyev “Kolos”a iyulun 7-də transfer olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: