Rəşad Əzizli “Zirə” ilə yeni müqavilə bağladı

“Zirə” qapıçısı Rəşad Əzizli ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay başa çatmışdı.

Qeyd edək ki, Rəşad Əzizli 2020-ci ilin yayından “Zirə”də çıxış edir.

“Zirə” bu yay Davit Volkov, Hacıağa Hacılı, Ağabala Ramazanov və Dimitrios Çantakiasla da yeni müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: