Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına bütün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu gün həmin təyinatları təqdim edib.
Turun açılış matçı olan “Zirə” – “Keşlə” qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək. Turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” görüşünə isə Əliyar Ağayev təyinat alıb.
Sonuncu oyun günündəki “Qəbələ” – “Sabah” matçı Elçin Məsiyevə həvalə edilib. “Sumqayıt” – “Səbail” görüşü isə Fərid Hacıyevə tapşırılıb.
Azərbaycan Premyer Liqası
9-cu tur
30 oktyabr
“Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 18:30
31 oktyabr
“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00
“Sumqayıt” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. “Kapital Bank Arena”, 18:15.


