Futbol üzrə Azərbaycan Premyer Liqasında “Zəfər turu”nun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk oyun günündə, sabah keçiriləcək “Sabah” – “Zirə” matçını Kamal Umudlu idarə edəcək. “Keşlə” – “Neftçi” oyunu isə Rauf Cabbarova tapşırılıb.
Sonuncu oyun gününə təsadüf edəcək “Səbail” – “Qəbələ” qarşılaşmasında Rəvan Həmzəzadə iş başında olacaq. “Sumqayıt” – “Qarabağ” oyununu isə Elçin Məsiyev idarə edəcək.
Azərbaycan Premyer Liqası
10-cu tur
6 noyabr
“Sabah” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”, 15:00.
“Keşlə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 19:00.
7 noyabr
“Səbail” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASCO Arena”, 15:00.
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Sumqayıt. “Kapital Bank Arena”, 19:30.


