Futbol üzrə Azərbaycan millisinin qarşıdakı Lüksemburq və Qətər yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.
“Zirə”nin gənc futbolçusu Cəlal Hüseynov ilk dəfə milliyə dəvət alıb. Heyətdə ölkə xaricində çıxış edən 6 futbolçu da var.
Qeyd edək ki, yığmamız noyabrın 11-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq. Bundan 3 gün sonra isə Azərbaycan millisinin Qətərlə yoxlama matçı baş tutacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki qarşılaşmaya saat 21:00-da start veriləcək.
Qapıçılar: Mehdi Cənnətov (“Zirə”), Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”);
Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə (hər ikisi “Qarabağ”), Höccət Haqqverdi, Tellur Mütəllimov (hər ikisi “Sumqayıt”), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev (hər ikisi “Sabah”), Azər Salahlı (“Keşlə”), Mert Çelik (“Neftçi”), Cəlal Hüseynov (“Zirə”), Anton Krivotsyuk (“Visla”, Plotsk, Polşa);
Yarımmüdafiəçilər: Qara Qarayev, Filip Ozobiç (hər ikisi “Qarabağ”), Çoşqun Diniyev (“Zirə”), Vüqar Mustafayev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”);
Hücumçular: Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Mahir Emreli (“Legiya”, Polşa), Araz Abdullayev (“Etnikos”, Kipr).
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 oyunda cəmi 1 xal toplayıb və sonuncu pillədə qərarlaşıb. Komandamızın qrup sonuncusu olacağı dəqiqləşib. Lüksemburq isə 6 xalla üçüncüdür. Millimiz bu rəqibinə qalib gəlsə belə, sonuncu pillədə qalacaq.


