Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç yerli futbol federasiyası ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Daliçlə müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Yeni müqaviləyə əsasən, 55 yaşlı xorvatiyalı mütəxəssis ən azı AÇ-2024-ün sonuna qədər ölkəsinin yığmasını çalışdırmağa davam edəcək.
Zlatko Daliç 2017-ci ildən Xorvatiya yığmasını çalışdırır. O, bu komandanı 54 matça çıxarıb, 26 qələbə qazandırıb. Bu görüşlərdə 12 heç-heçəsi olan Xorvatiya millisi 16 oyunda da məğlubiyyətə üzülüb. Xorvatlar məhz bu mütəxəssisin rəhbərliyi altında DÇ-2018-də finala çıxmış və yalnız həlledici oyunda uduzaraq gümüş medallarla kifayətlənmişdilər.


