“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Veysəl Rzayev 2019/20 mövsümündə “Turan Tovuz”un heyətində Birinci Divizionun qalibi olub. O, 2020-ci ilin oktyabr ayında “Sabah”ın heyətində Premyer Liqada debüt edib.
“Turan Tovuz” daha öncə “Şamaxı”dan ayrılan Kamal Bayramov, Şəhriyar Əliyev və Tərlan Quliyevlə, həmçinin “Sumqayıt”dan transfer etdiyi Tərlan Əhmədli ilə 1 illik müqavilə bağlamışdı.


