Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, paytaxt klubu növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq “Kəpəz” ilə üz-üzə gəlib.
Sözügedən komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar. Dörd qolun qeydə alındığı qarşılaşma “Səbail”in 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
“Dənizçilər”in heyətində Ədilxan Qarəhmədov dubla imza atıbsa, digər qolu Ağabala Ramazanov vurub. “Kəpəz”in yeganə qoluna isə penaltidən dəqiq yararlanan Tural Axundov imza atıb.
Yoxlama oyunu
10 iyul
Səbail – Kəpəz 3:1
Qollar: Ağabala Ramazanov, 35. Ədilxan Qarəhmədov, 58; 67 – Tural Axundov, 45.


