Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün ilk turunun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, mövsümə sabah – avqustun 5-də keçiriləcək “Kəpəz” – “Zirə” oyunu ilə start veriləcək.
Məlum səbəblərdən Gəncədə yox, Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq mövsümün açılış matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Oyunların AFFA nümayəndələri və hakim inspektorları, həmçinin əksər matçların VAR hakimləri hələ bəlli deyil. Bununla bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust
19:30. Kəpəz – Zirə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.
6 avqust
20:00. Qarabağ – Səbail
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
Bakı. “Azersun Arena”.
7 avqust
17:00. Şamaxı – Neftçi
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu.
19:15. Sabah – Sumqayıt
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.
8 avqust
17:00. Turan Tovuz – Qəbələ
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
Tovuz şəhər stadionu.


