Yaşar Vahabzadə “Kəpəz”dən getdi

Kəpəz” rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Arena.az xəbər verir ki, görüşdə komandanın nəticələri təhlil olunub.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, görüşün sonunda qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə ilə yolların ayrılmasına qərar verilib. Belə ki, Vahabzadəylə, eləcə də məşqçilər korpusuna daxil olan digər mütəxəssislərlə müqaviləyə xitam verilib.

“Kəpəz” yollarını ayırdığı mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Vahabzadə 2019-cu ildən “Kəpəz”ə rəhbərlik edirdi. Komanda bu mövsüm onun rəhbərliyi altında cəmi 1 xal qazanıb. Sonuncu turda isə bu kollektiv səfərdə “Səbail”ə 1:4 hesabıyla uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: