Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Hər iki oyun paytaxtda keçirilib. Əvvəlcə “Səbail” “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.
Günün digər matçında isə çempionluğa iddialı “Neftçi” “Turan Tovuz”u qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşmada hesab açılmayıb.
Xatırladaq ki, 9-cu turun açılış matçında “Zirə” evdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək “Sabah” – “Kəpəz” və “Qəbələ” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
9-cu tur
8 oktyabr
“Səbail” – “Sumqayıt” 1:0
Qol: T.Manafov, 39.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Bakı. “ASCO Arena”.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 27. Emil Rosenov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Mahmud Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 22. Damian Daniçiç.
Baş məşqçi: Samir Abasov.
“Neftçi” – “Turan Tovuz” 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Bakı. “Bakcell Arena”.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 85. Aşqin Abazərov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 2. Mert Çelik, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 9. İmeda Aşortiya, 23. Henri Okebuqvu.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Mənsimov, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.


