Karlos Keyroş İran yığmasından getdi

Futbol üzrə İran milli komandasının baş məşqçisi Karlos Keyroş istefa verib. Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu qərarını “İnstagram” hesabı vasitəsilə açıqlayıb:

“Futbolda mənəvi qələbələr yoxdur. Amma siz qələbə üçün istək və cəsarətlə vuruşmusunuzsa, arzularınıza çatmamaqda ayıb heç nə yoxdur. Sizinlə fəxr edirəm. Meydanda və kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi. Əminəm ki, siz öz ölkənizin və futbol azarkeşlərinizin imicini yüksəltməklə tam hörmətə layiqsiniz”.

Xatırladaq ki, Karlos Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçmişdi. 69 yaşlı məşqçi daha əvvəl 2011-2019-cu illər aralığında da bu komandaya rəhbərlik etmişdi. O, İran yığmasını bütövlükdə 105 oyuna çıxarıb. Qonşu ölkə yığması bu matçlarda 64 qələbə qazanıb, 25 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.

Keyruş daha öncə Misir, Kolumbiya, Portuqaliya və CAR yığmalarına da rəhbərlik edib. O, “Sportinq” və “Real” klublarının da baş məşqçisi kimi çalışıb.

İran yığması Qətərdə təşkil olunmuş dünya çempionatında 3 oyuna topladığı 3 xalla qrup 3-cüsü olub və mübarizəni dayandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: