Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura, eyni zamanda 2022-ci ilə yekun vurulub. Arena.az xəbər verir ki, turun və ilin sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma erkən qoldan sonra “Zirə”nin iki futbolçusu qısa müddət ərzində meydandan qovulub. Rəqibin 9 nəfərlə qalmasından maksimum yararlanan “Kəpəz” önə keçib. Amma Gəncə təmsilçisi də bu üstünlüyünü qoruya bilməyib. Qalan dəqiqələrdə qonaq komandanın da iki futbolçusu meydandan qovulub və yekunda heç-heçə qeydə alınıb.
Xatırladaq ki, bu turda “Neftçi” “Şamaxı”ya (3:0), “Qarabağ” “Səbail”ə (3:0), “Sabah” isə “Sumqayıt”a (6:0) böyük hesabla qalib gəlib. “Qəbələ” – “Turan Tovuz” matçı da qolsuz başa çatıb – 0:0.
Azərbaycan Premyer Liqası
18-ci tur
25 dekabr
“Zirə” – “Kəpəz” 2:2
Qol: Rəhim Sadıxov, 11. Sərtan Taşkın, 90+8 – Fərid Nəbiyev, 22. Nicat Süleymanov, 41.
Qırmızı vərəqə: Coşqun Diniyev, 18. Nemanya Andelkoviç, 22 – Elçin Əlicanov, 57. Georgi Kantariya, 90+1 (ikinci sarı).
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.


