Peyman Keşavarzi “Kəpəz”dən göndərildi

“Kəpəz” Cənubi Azərbaycandan olan müdafiəçisi Peyman Keşavarzi ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Kəpəz” iranlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Peyman Keşavarzi bu mövsümün əvvəlindən “Kəpəz”in uğurları üçün çalışırdı. Həmin vaxt o, Gəncə klubu ilə 1 illik müqaviləyə imza atmışdı. Müdafiəçi bu komandanın heyətində cəmi 7 oyunda forma geyinib.

Keşavarzi əvvəllər Azərbaycanda “Sumqayıt” və “Səbail”də də oynayıb. O, Təbrizin “Traktor” və “Maşinsazi” klublarında, həmçinin “İstiqlal” və “Göstəriş” kimi komandalarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: