Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı əyalət təmsilçisi İsveçrənin “Aarau” komandası ilə üz-üzə gəlib.
Məşqçilər korpusu bu oyunda aşağıdakı heyəti meydana buraxıblar:
Əsas heyət: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 4. Şəhriyar Əliyev (k), 3. Tərlan Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 5. Denis Marandiç, 11. Ayxan Hüseynov, 19. Runi Eva, 17. Natan Oduva.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 60. Səbail Bağırov, 88. Faiq Hacıyev, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 99. Veysəl Rzayev, 10. Xəyal Nəcəfov, 16. Erik Ayuk.
Antalyanın Belek qəsəbəsində baş tutan bu oyunda Tovuz klubu qələbə qazanan tərəf olub. Azərbaycan təmsilçisinə qələbə qazandıran yeganə qolu Ayxan Hüseynov rəqib qapısından keçirib. O, 6-cı dəqiqədə fərqlənib.
Xatırladaq ki, tovuzlular daha öncə Antalyada Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzmuşdular.
Yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” qardaş ölkədə daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 17-də “Qurnik”lə (Polşa) qarşılaşacaq.


