“Kəpəz” “Novi Pazar”a qol vura bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb. Arena.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə üz-üzə gəlib.

Antalyadakı “Atlantis” təlim bazasında baş tutan oyuna Bakı vaxtı ilə saat 16:00-da start verilib. Bu oyunda qapılara qol vurulmayıb. Beləcə, Gəncə təmsilçisi ikinci sınaq matçından heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “MTK Budapeşt” komandası ilə qarşılaşmışdı. Azərbaycan təmsilçisi həmin oyunda 1:0 hesablı qələbəyə sevinmişdi.

“Kəpəz” yanvarın 18-də daha bir yoxlama oyunu keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstanın “Kaysar” komandası ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: