Uzun müddətdir zədədən əziyyət çəkən “Qəbələ”nin müdafiəçisi Rüfət Əhmədov nəhayət ki, sıraya dönüb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır. Belə ki, müdafiəçi Rüfət Əhmədov bərpa prosesini başa vurub. O, artıq komanda ilə birgə məşqlərdə iştirak edir. Futbolçunun Ağdam klubu ilə oyunda iştirakına məşqçilər korpusu qərar verəcək.
Xatırladaq ki, R.Əhmədov yayda sıradan çıxmışdı. Sağ ayağının çarpaz bağları qopan futbolçu buna görə iyun ayında əməliyyat olunmuşdu. Həmin dövrdən bəri futbolçu bərpası ilə məşğul idi.
Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununa saat 17:00-da start veriləcək.


