“Kəpəz”in əsas hücumçusu Abdullahi Şuaybu Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Zirə” ilə oyunu buraxacaq. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Kəpəz” “Zirə” ilə oyuna bir itki ilə çıxacaq. Belə ki, Abdullahi Şuaybu cəzalı olduğundan meydana çıxa bilməyəcək. Buna komandanın bombardiri olan gənc nigeriyalı hücumçunun ötən turda “Sabah”la səfər görüşündə aldığı birbaşa qırmızı vərəqə səbəb göstərilib.
Xatırladaq ki, Şuaybu 2022-ci ilin iyul ayından “Kəpəz”də forma geyinir. 21 yaşlı forvard Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, bu gün keçiriləcək “Kəpəz” – “Zirə” matçına saat 15:00-da start veriləcək.


