Premyer Liqa: “Sumqayıt”dan Tovuzda əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirub. Son turlarda uğursuz çıxışı ilə diqqət çəkən sumqayıtlıların Tovuz səfərindən xalla qayıtması inandırı görünmürdü. Qarşılaşmanın ilk hissəsi də meydan sahibləri üçün uğurlu alınıb. Belə ki, ilk 45 dəqiqə 2:1 hesabıyla tovuzluların xeyrinə başa çatıb. Lakin ikinci hissədə oyunda dönüş yaradan Sumqayıt təmsilçisi çətin səfərdə əzmkar qələbəyə imza atıb.

Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah keçiriləcək. Tura aprelin 2-də keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
31 mart

“Turan Tovuz” – “Sumqayıt” 2:3
Qollar: Natan Oduva, 7. Runi Eva, 33 – Kamran Əliyev, 11; 68-pen. Dieqo Karioka, 58.
Qırmızı vərəqə: Vüqar Mustafayev, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 15:30.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 25. İlnur Vəlyiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Kərim Abubakar, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: