Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Kəpəz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.
Günün digər oyunu isə “Zirə” ilə “Neftçi” arasında baş tutub. Bu görüşdə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Qarşılaşmada hesabı qonaqlar açsa da, meydan sahibləri matçın sonlarında məğlubiyyətdən xilas ola biliblər.
Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzmuşdu. Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
28-ci tur
1 aprel
“Kəpəz” – “Səbail” 1:0
Qol: Abdullahi Şuaybu, 69.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Gəncə şəhər stadionu, 15:30.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 3. Turan Manafov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
“Zirə” – “Neftçi” 1:1
Qol: Kenni Sayef, 70-öz qapısına – Kilan Lebon, 12.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.
Zirə: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.


