Premyer Liqa: “Qarabağ” “Kəpəz”i də məğlub yola saldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun son matçında lider “Qarabağ” autsayderlər qrupunda olan “Kəpəz”i qəbul edib.

Dörd qolun qeydə alındığı matçda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib. İlk hissə bərabərliksə yekunlaşsa da, fasilədən sonra daha iki qol vuran meydan sahibləri növbəti 3 xalı təmin ediblər.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Zirə”yə, “Səbail” “Sabah”a 2:1 hesabıyla qalib gəlmişdi. “Sumqayıt” isə doğma meydanda “Neftçi”yə 0:4 hesabıyla uduzmuşdu. Bu gün baş tutan “Turan Tovuz” – “Şamaxı” matçında da qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
29-cu tur

9 aprel

“Qarabağ” – “Kəpəz” 3:1
Qol: Abdullah Zubir, 5. Riçard Almeyda, 58-pen. Leandro Andrade, 67 – Yeqor Xvalko, 29.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
“Azərsun Arena”, 18:30.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 68. Orxan Sadıqlı (k), 80. Tural Rzayev, 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse, 9. Mate Kvirkviya.
Baş məşqçi: Tərlan Əhmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: